исправлены ошибки
Hörmətli izləyicilərimiz,dəyərli pasientlərimiz və sevimli xalqımız!!!
Yeni açılan saytımızda sizi “Premium Dental” ailəsi adından salamlayıram.Müasir stomatologiyanın inkişaf səviyyəsi bir sıra xüsusiyyətlərə malikdir və yeni texnologiyaların,müasir avadanlıqların və materialların əmələ gəlməsi ilə xarakterizə olunur.Lakin həkim-stomatoloqun əsaslı biliyi olmadan əhaliyə keyfiyyətli stomatoloji yardım göstərmək qeyri-mümkündür.
Stomatologiya da tibbin başqa sahələri kimi vacib sahələrdən biridir və nəzərə alsaq ki,ağız boşluğunda olan xəstəliklərin bir çoxunun orqanizmin başqa xəstəlikləri ilə birbaşa və ya dolayısı ilə əlaqəsi var,o zaman həkim-stomatoloqun nəzəri və praktiki biliklərinin nə qədər çox olmasının vacibliyi özünü doğruldur.Bir stomatoloqun bacarıqlı olması üçün 4 əsas vacib şərt lazımdır:
1)universitet və ondan sonrakı dövrdə oxuduğu nəzəri bilik və məlumatlar
2)əldə etdiyi praktiki vərdiş və bacarıqlar
3)yüksək keyfiyyətli materiallarla və müasir avadanlıqlarla işləmək
4)təcrübəli komanda,yəni asistent-həkim-labarator tandemi.
Bu söylədiklərimin hər hansı olmadıqda göstərilən stomatoloji müalicə tam olmur və özünü doğrultmur.Yuxarıda söylədiklərimi nəzərə alaraq bildirmək istəyirəm ki,”Premium Dental” ailəsi olaraq bu vəhdət bizim klinikada özünü tamamlayır.Mən sizlərlə stomatologiyanın ölkəmizdə inkişaf etmiş sahələri ilə deyil,vacib olan sahələri barəsində fikirlərimi bölüşmək istəyirəm.Bizim klinikada əsas hədəflərdən biri də profilaktikadır.Proflaktik stomatologiya bizim ölkədə Avropadakı kimi geniş vüsət almamışdır.Əgər erkən profilaktikaya diqqət göstərilsə,sonra dişlərdə yaranmış bir sıra ağır fəsadlardan qaçmaq mümkündür.Eyni zamanda klinikamızda sterilizasiya qaydalarına yüksək səviyədə əməl olunur.Belə ki sterilizasiya düzgün aparılmadıqda müxtəlif yoluxucu xəstəliklər(Hepatit B C D,Vərəm)kimi ağır xəstəliklərə düçar olmaq mümkündür.Bizim klinikamızın sterilizə otağı ideal sterilizə şəraitinin olması üçün müasir avadanlıqlar və lazımi materiallarla təchiz olunmuş,sterlizasiya kabineti beynalxalq standartların bütün normalarına cavab verir.Sterilizasiya otağında daimi isti və soyuq su eyni zamanda xüsusi yuma vasitələri vardır.Bundan əlavə tibbi ləvazimatlar üçün ultrasəsli təmizləyici vasitələr mövcuddur.Stomatoloji şərtlərə uyğun olaraq,distilə edilmiş su əldə olunması üçün dispenserlərdən istifadə olunur.Tibbi ləvazimatların gigiyenik paketlənməsi xüsusi apparatlar vasitəsi ilə təzimlənir.Stomatoloji ucluqların təmizlənməsi üçün sterilizasiya otağı xüsusi cihazla təmin olunmuşdur.Sterilizə otağında 2 proqramlaşdırılmış avtoklav və ləvazimatların saxlanma şkafları vardır.Sterilizə prosesi bir neçə etapdan ibarətdir və xüsusi təcrübə keçmiş tibb bacısı tərəfindən aparılır.
Mən öz adımdan və “Premium Dental” ailəsi adından bütün xalqımıza sağlam orqanizm və sağlam təbəssüm arzu edirəm.Öz sahəmizdə genofondun sağlam olması arzusu ilə,komanda olaraq daima keşiyinizdəyik!!!
Hörmətlə, Premium Dental Stomatoloji Klinikasının təsiscisi və direktoru
Həkim – Stomatoloq,İmplantoloq Azər İsmayılov
This version of Sağlam Təbəssüm Android App comes with one universal variant which will work on all the Android devices.
If you are looking to download other versions of Sağlam Təbəssüm Android App, We have 1 version in our database. Please select one of them below to download.