Məlumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz – dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır.
Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə düşərdi: “Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”
Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin, bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: “Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”
This version of Torpaq uzerine secde Android App comes with one universal variant which will work on all the Android devices.
If you are looking to download other versions of Torpaq uzerine secde Android App, We have 1 version in our database. Please select one of them below to download.