Uc Ayliq Menevi Sefer 1.0 Icon

Uc Ayliq Menevi Sefer

Deyerler.org Books & Reference
4.4
3 Ratings
3K+
Downloads
1.0
version
Apr 05, 2016
release date
3.5 MB
file size
Free
Download

About Uc Ayliq Menevi Sefer Android App

Ön söz

Hörmətli oxucu! Təqdim etdiyimiz bu kitab – ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun Mübarək Üçaylığa – Rəcəb, Şəban və mübarək Ramazan ayına həsr edilmiş xütbə, moizə və məqalələri əsasında hazırlanmışdır.
“Üç Aylıq Mənəvi Səfər” adlı kitab - bol fürsətlərlə zəngin olan Rəcəb, Şəban və Ramazan aylarında bələdçiniz olacaq, aylar davam etdikcə bu mənəvi səfərdə sizləri əhatəli mövzularla tanış edəcək.
Kitab on hissədən hissədən ibarətdir. İlk üç hissə Rəcəb ayına, növbəti bir hissə Şəban ayına, son altı hissə isə mübarək Ramazan ayına həsr olunub.
İlk hissədə sizlər Allah ayı adlandırılan Rəcəb ayının imkanları, bu ayın mənəvi qidaları, dua, zikr və əməlləri, habelə Rəcəb ayının Allah yanında yeri barədə tanış olacaqsınız.
İkinci hissədə Kəbədə dünyaya gələn və məsciddə Rəbbinə qovuşan Həzrət Əmirəlmöminin Əli (ə) barədə söylənmiş xütbələr toplusu diqqətinizə çatdırılacaq, üçüncü hissə isə Rəcəb ayının fəlsəfəsini bir qədər də açan Həzrət Zeynəb (s.ə) və Həzrət Rəsulallahın (s) Məbəsi barədə ətraflı məlumat verəcək.
Dördüncü hissə - Şəban ayı, bu ayın fəzilət və bərəkətləri, habelə Nimeyi-Şəban, Zəmanə Sahibinin (ə.f) mövludu və müntəzirlik fəlsəfəsinə həsr olunub.
Beşinci hissədə Ramazan ayı boyunca bizləri gözləyən mənəviyyat çeşməsinin müjdəsi çatdırılır və bu da Ramazan ayının əvvəlindən hazırlıqlar görməyə kömək edir. Burada Ramazan ayının kamil insanın yetişməsi üçün yaratdığı fürsətlərdən bəhs edilir.
Kitabın altıncı hissəsi – Ramazan ayının imkanları və bu ayın müqabilində verilən hədiyyələrdən bəhs edir. Yeddinci hissə - Qurani- Kərimdə Rəbbin Ramazan ayını tanıtdırmasına və buradan irəli gələn məsuliyyətə həsr edilib. Səkkizinci hissədə - bu ayın mənəvi nemətlərindən, yəni xüsusi ibadətlərindən bəhs edilir. Bu nemətlərin insanın il boyu aqibətinə necə təsir göstərməsindən söhbət açılır. Doqquzuncu hissə - on bir ayın sultanının tacı olan Qədr gecəsini və bu gecənin əzəmətini əhatə edir. Onuncu hissə isə - İlahi ziyafətdən çıxmaqda olan, mənəviyyat çeşməsində yuyulmuş insanın xalis durumla həyata keçirməli olduğu son missiyasına – Qüds gününə həsr edilib.
Əziz oxucu! Ümid edirik ki, bu kitab Mübarək Üçaylığı fərqli bir şəkildə yaşamağa, İlahi ziyafət ayına daha da keyfiyyətli hazırlaşmağa, bu ayların ibadətlərini həqiqi mahiyyətinə vararaq yerinə yetirməyə və toplumun mənəvi yüksəlişinə töhvə verəcək.

Other Information:

Requires Android:
Android 1.6+
Other Sources:

Download

This version of Uc Ayliq Menevi Sefer Android App comes with one universal variant which will work on all the Android devices.

Variant
1
(Apr 05, 2016)
Architecture
universal
Minimum OS
Android 1.6+
Screen DPI
nodpi (all screens)

All Versions

If you are looking to download other versions of Uc Ayliq Menevi Sefer Android App, We have 1 version in our database. Please select one of them below to download.

Loading..